Xəbər lenti

Ölkə 15:32 07.08.2024

"Rolex" markalı saatları oğurlanan səfir danışdı (YENİLƏNİB)

"5 avqust tarixində məzuniyyətdə olarkən Brüssel vaxtı ilə saat 15:00-da Belçikada yaşadığım evin qarşısında mən və xanımım naməlum 2 nəfər tərəfindən hücuma məruz qaldıq. Bu şəxslər biz binanın girişindən içəri girərkən zorla içəri soxulub bizi silah və bıçaqla hədələyərək üzərlərimizdəki əşyaların onlara verilməsini tələb ediblər”.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Brüsseldə ona qarşı hücumu şərh edərkən bildirib.

"Onlar xanımımın çantasını və qollarımızdakı "Rolex” model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşıblar. Polis dərhal əraziyə gələrək hadisənin araşdırılmasına başlayıb. Polis tərəfindən verilmiş məlumata əsasən, hazırda cinayətkarların məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq istintaq tədbirləri davam etdirilir.

Həmçinin qeyd edim ki, Belçika mətbuatında yaşadığımız binanın şəkillərinin dərc olunması təhlükəsizlik səbəbindən qəbuledilməzdir. Qarət edilən saatlarımızın qiymətinin mətbuatda hədsiz dərəcədə və dəfələrlə şişirdilməsi də təəssüf doğurur. Bizə məxsus saatlar "Rolex” markalı olsa da onlar metalik və sadə modellər olub. Bu hücum hadisəsi barədə, həmçinin Belçika tərəfinə rəsmən səfirliyimiz tərəfindən müraciət edilib və diplomatların toxunulmazlığının təmin olunması və onlara qarşı bu kimi hücumların qarşısının alınması üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası çərçivəsində tədbirlər görülməsi tələb olunub”, - açıqlamada vurğulanıb.

11.17
 
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar.

Qaynarinfo Haqqin.az-a istinadən xəbər verir ki, azərbaycanlı diplomat xanımı ilə icarəyə götürdüyü skuterdə olan zaman iki nəfər şəxs revolverin qundağı ilə onların başına vurub. Daha sonra onlara məxsus 90 min avro dəyərində iki ədəd "Rolex” saatını oğurlayıblar.

Qeyd edək ki, Cəfər Hüseynzadə 2022-ci ilin oktyabrında  Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->