Prezident iqqmətgahı zəbt edildikdən və baş nazirin ofisi yandırıldıqdan sonra Şri-Lanka prezidenti Qotabaya Rajapaksa və baş nazir Ranil Vikremasinqe iyulun 13-də tutduqları vəzifələrdən istefa verəcəklərini açıqlayıblar.
Qaynarinfo bu barədə DW- yə istinadən xəbər
verir.
Şri-Lankada iqtisadi böhrandan sonra çətin həyat şəraiti on minlərlə qəzəbli etirazçının ölkənin ən böyük şəhəri Kolomboda küçələrə çıxmasına səbəb olub. Şənbə günü etirazçılar prezident iqamətgahına hücum edərək, prezidentin istefasını tələb ediblər.
Digər qrup isə baş nazirin iqamətgahına gedərək ora yandırıblar. Məlumata görə, təhlükəsizlik qüvvələri etirazçıların hücumunun qarşısını almaq üçün atəş açıb.
Kütlənin hücumu zamanı Şri-Lanka prezidenti Qotabaya Rajapaksa və baş nazir Ranil Vikremasinqe orada olmayıb.
M.Arif
Şərhlər