Şri-Lankanın hökumət başçısı səlahiyyətlərini icra edən baş naziri Ranil Vikremasinqe fövqəladə vəziyyət elan edib.
Qaynarinfo bu barədə TRT-yə istinadən xəbər
verir.
Bildirilib ki, bu qərar təhlükəsizliyin və ictimai asayişin qorunması, icmanın həyatı üçün lazımi təchizat və xidmətlərin təmin edilməsi məqsədilə qəbul edilib.
Martın sonunda Şri-Lanka xalqı ölkənin maliyyə vəziyyəti və yanacaq çatışmazlığına görə etiraza qalxıb.
Zorakılıq hadisələrindən sonra ölkə daxilində komendant saatı tətbiq edilib və hökumət etirazlar zamanı ictimai əmlaka və ya başqalarına zərər vuran hər kəsin güllələnməsini əmr edib.
İqtisadi böhranın içində olan Şri-Lankada etirazçılar iyulun 9-da baş nazirin iqamətgahına daxil olaraq binanı yandırıblar.
Prezident Gotabaya Rajapaksa həyat yoldaşı və iki cangüdəninin müşayiəti ilə iyulun 13-də Maldiv adalarına, ertəsi gün isə Sinqapura yola düşüb və iyulun 14-də e-poçt vasitəsilə istefa verib.
Rajapaksa ölkəni tərk etdikdən sonra Vikremasinqe müvəqqəti prezident təyin edilib.
Qeyd edilir ki, indiyədək Şri-Lankada etiraz aksiyalarında hakim partiyadan olan deputat və iki polis məmuru da daxil olmaqla 9 nəfər ölüb, azı 250 nəfər yaralanıb.
M.Arif
Şərhlər