Şri-Lanka hakimiyyəti buddizm və süni intellekt (AI) arasındakı əlaqəni öyrənmək üçün 3,3 milyon dollar ayırmağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bunu ölkə prezidenti Ranil Vikramasinqe deyib.
"Biz süni intellekt erasının başlanğıcındayıq və bu, onun gələcək 20 il ərzində inkişaf trayektoriyası ilə bağlı suallar doğurur. "Gələn il Buddanın təlimləri ilə süni intellekt arasındakı əlaqəni araşdırmaq üçün 1 milyard rupi (təxminən 3,3 milyon dollar) ayrılması planlaşdırılır", deyə prezidentin ofisi onun sözlərini sitat gətirib.
O, aydınlaşdırıb ki, təşəbbüsün həyata keçirilməsi bu il üçün nəzərdə tutulub, lakin süni intellektdən istifadəni tənzimləyən qanunvericilik üzərində davam edən işlər səbəbindən planlar təxirə salınmalı olub.
Şri-Lanka prezidentinin sözlərinə görə, Buddanın təlimləri insana ağlına hakim olmağa və tərəqqiyə yol açmağa kömək edir:
"İndi süni intellekt insan şüurunun imkanlarını əks etdirir. Süni intellekt böyük həcmdə məlumatı emal edə və buna uyğun hərəkət edə bilər. Buna görə də, Buddanın təlimləri ilə süni intellekt arasında əlaqəni araşdırmaq məqsədəuyğundur, çünki onların ümumi diqqəti zehni idarə etməyə və onun bizim fəaliyyətimizə təsirinə yönəldirik".
Siyasətçinin fikrincə, süni intellekt başqaları ilə rəqabət aparmaq potensialına malik olan alternativ doktrinanı təmsil edə bilər.
"Əgər süni intellekt başqa bir dini təbliğ edərsə, bu, Buddizm üçün təhlükə yarada bilər, ona görə də bu ehtimalı nəzərə almaq son dərəcə vacibdir" deyən prezident insanların müasir mobil cihazlardan istifadənin nəticələri barədə düşünməli olduqlarını vurğulayıb.
Aydın
Şərhlər