Xəbər lenti

Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcək
Ölkə 13:21 12.01.2023

Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcək

"Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər vaxtı var”.

Qaynarinfo xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, onlar qalan müddət ərzində müraciət edə bilərlər: "Məqsəd media subyektlərinin özlərini bəyan etməkləridirsə, düşünürəm ki, bu müddət ərzində edə bilərlər. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətini davam etdirməsi, yaxud dayandırılması məhkəmə qərarı əsasında təmin olunacaq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->