Xəbər lenti

Rəsmi Bakı:
Siyasət 14:57 20.05.2024

Rəsmi Bakı: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"

Azərbaycan Tayvanın müstəqilliyini tanımır.

Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvanda seçkilərdə qalib gəlmiş şəxsin vəzifəsinin icrasına başlaması ilə bağlı medianın sualına cavabında deyib.

"Cari ilin 13 yanvar tarixində Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edildiyi kimi, Azərbaycan Respublikası "vahid Çin" siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır", deyə XİN sözçüsü bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->