Xəbər lenti

Rejissor Maskı robot və maşınların dizaynını kopyalamaqda ittiham etdi
Texnologiya 18:34 15.10.2024

Rejissor Maskı robot və maşınların dizaynını kopyalamaqda ittiham etdi

2004-cü ildə baş rolda Uill Smitin çəkildiyi elmi-fantastik filmin rejissoru Aleks Proyas milyarder İlon Mask və "Tesla”nı "Optimus" robotlarının və özü idarə olunan avtomobillərin dizaynını kopyalamaqda ittiham edib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Keçən həftə "Tesla” tədbirində Mask "Tesla”nın futuristik iki yerlik "Cybercab" özü idarə olunan avtomobilini və Optimus robotlarının yenilənmiş versiyasını təqdim edib. Tədbir Ayzek Azimovun hekayələr toplusunun başlığına istinad edən "Biz, Robot” şüarı altında keçirilib. Yeniliklər "Mən, Robot” filminin rejissoru Aleks Proyasın diqqətini çəkib. Rejissor yenilənmiş Optimus və Cybercab və Robovan robotaksilərin filmdə görünən robot və avtomobillərə nə qədər oxşar olduğunu nümayiş etdirən kollaj dərc edib. 

"Salam, İlon, mən layihələrimi geri ala bilərəmmi?" - rejissor yazıb.

Avstraliyalı kinorejissor filmin vizual elementlərini yaratmaq üçün çox istedadlı dizaynerlər komandası ilə çalışdığını qeyd edib.

"İlon Mask çoxlu filmlərə, xüsusən də "Mən, Robot” filminə baxan istedadı olmayan dizayn komandasına sahibdir”, deyə o, "Instagram" paylaşımında yazıb.

Filmin quruluşçu dizayneri Patrik Tatopulos da filmdəki dizaynları və "Tesla” tədbirindən olan şəkilləri müqayisə edən bir foto yerləşdirib.

"Bunu bircə mən görürəm? Yoxsa fəxr etməliyəm ki, İlon "Mən, Robot” üçün dizaynlarımdan ilham alıb? İstənilən halda bunu izləmək əyləncəlidir”, deyə Tatopulos yazıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->