Xəbər lenti

Ölkə 15:57 13.06.2024

"Range Rover"lə toy karvanında avtoşluq etdi - Məhkəmə qərar verdi

Goranboy rayonunda "Range Rover"lə toy karvanında sürətlə hərəkət edən sürücü saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1989-cu ildə Gəncə şəhərində doğulmuş Elçin (şərti) qohumunun toyunda iştirak etmək üçün Goranboya gedib. Toy karvanında yolun əks istiqamətinə çıxaraq, sürətlə hərəkət edib. 

YPX əməkdaşları tərəfindən saxlanılan sürücü yüksək səslə səs-küy salaraq, polisin qanuni tələbinə tabe olmayıb. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Goranboy Rayon Məhkəməsinin qərfarı ilə sürücü 200 manat cərimə edilib. İnzibati qaydada tutulmuş sürücü məhkəmə iclas zalından azad edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->