Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu deyilən "Bank BTB" ilə "Mərəndi" şirkəti arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo xəbər verir ki, hələ aprel ayında bank şirkət barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırmlşdı. İşin mahiyyəti kredit mübahisəsi ilə bağlı idi. Məlumata görə, bankın iddiası təmin edilib.
Bu dəfə isə "Bank BTB" borcun ödənilməsi, daha doğrusu, əmr icraatı ilə bağlı iddia qaldırıb. Günay Namazova bu iş üzrə hakim təyin edilib.
Uzun illər mediada "Bank BTB"nin Ramiz Mehdiyevə məxsus olması haqqında məlumatlar dərc olunub. Bankın onun ailə üzvlərinə məxsus olması haqqında zaman-zaman mediada yazılıb. Nəhayət, ötən il Ramiz Mehdiyev bu məlumatlara münasibət bildirib. "Mənim bankım yoxdur. Oğlumundur, o da idarə edir. Bu da indinin məsələsi deyil", deyə o vurğulayıb.
AMEA-nın keçmiş prezidenti daha sonra əlav edib ki, bank oğlunun adına deyil. "Teymurun adına deyil. Deyəsən, yoldaşının adınadır", deyə Ramiz Mehdiyev deyib.
Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsində işləyir. General-mayor rütbəsi daşıyan Teymur Mehdiyev 2014-cü ildən bu vəzifədədir.
Seyid
Şərhlər