Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Azərbaycan Avropa Hərəkatı”nın sədri, ictimai fəal Ramin Hacılının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Qaynarinfo xəbər verir ki, prosesdə Ramin Hacılı barəsində məhkəmə hökmü elan edilib. İctimai fəal 7 il 7ay 14 gün müddətinə azadlıqdan məhrum edilib.
Ramin Hacılının vəkili Rəşad Vaqifoğlu Qaynarinfo-ya açıqlamasında hökmün ədalətsiz olduğunu bildirib: "Ramin Hacıləya qarşı irəli sürülmüş ittihamlar əsassızdır. Mən bunu çıxışımda da bildirdim. Bu baxımdan, onun barəsində çıxarılan hökm ədalətli ola bilməz”.
Rəşad Vaqifoğlunun sözlərinə görə, Ramin Hacılı da barəsində çıxarılan hökmə etiraz edib: "Ramin Hacılı hələ ötən prosesdə dövlət ittihamçısı ona cəza istəyəndə etiraz edərək aclığa başladığını bəyan etmişdi. Hazırda da aclığı davam etdirir. Beş gündür ki, su da işmir. Yəni, faktiki olaraq ölüm aclığına başlayıb və sona qədər davam aksiyanı davam etdirəcəyini bildirib”.
Vəkil sonda hökmdən apellyasiya şikayəti verəcəklərini deyib.
Qeyd edək ki, Ramin Hacılı və bir qrup şəxs Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirləndirilərək, qanunsuz miqrasiyanın təşkilində ittiham olunaraq istintaqa cəlb olunublar. Sonradan digər şəxslər azadlığa buraxılsa da, Ramin Hacılının işi ayrıca icraata verilib.
Seyid
Şərhlər