Azərbaycan Avropa Hərəkatının sədri, ictimai fəal Ramin Hacılının apellyasiya məhkəməsi təxirə salınıb.
Bu barədə Qaynarinfo-ya ictimai fəalın vəkili Rəşad Əliyev bildirib.
Onun sözlərinə görə, proses müdafiə tərəfinin ərizəsi ilə təxirə salınıb: "Ramin Hacılı Bakı Ağır Cinayətlər Məhkəməsinin protokolları ilə tanış olmaq istəyır. Digər tərəfdən işə yeni vəkil Kənan İsmayılov qoşulub və o iş materialları ilə tanış olmalıdır. Bütün bunlara görə, prosesin təxirə salınması ilə bağlı müraciət etdik. Hakim də ərizəmizi nəzərə alaraq prosesi 5 yanvar 2023-cü il tarixə təxirə saldı”.
Ramin Hacılı və bir qrup şəxs Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirləndirilərək istintaqa cəlb olunublar. Sonradan digər şəxslər azadlığa buraxılsa da, Ramin Hacılının işi ayrıca icraata verilib.
O, bu ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun hökmü ilə 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib.
Ramin Hacılı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Həbsini ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirir və barəsində bəraətverici hökm çıxarılmasını tələb edir.
Seyid
Şərhlər