Xəbər lenti

Qoşqar Təhməzlinin qardaşı oğlu qanunun tələblərini pozdu - Məhkəməlik oldu
Ekonomiks 11:10 21.12.2022

Qoşqar Təhməzlinin qardaşı oğlu qanunun tələblərini pozdu - Məhkəməlik oldu

Azərbaycanda xidmət sahəsində uzun müddətdir fəaliyyətdə olan "İPE Group" məhkəməlik olub.

Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinin tələblərini pozub. İttihama görə, şirkətdə "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, mühasibat uçotu aparılmayıb. İddia təsdiqini taparsa, şirkət rəhbərliyini min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə gözləyir.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "İPE Group" şirkəti Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin qardaşı oğlu Təhməzli Şahbaz Ataş oğluna məxsusdur.

"Rahat Yaşam" "İPE Group" MMC şirkətinin ticarət markası olub, bina, kompleks və iş mərkəzlərinə idarəetmə və məsləhət xidmətləri göstərir.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hazırda Bakıda bir neçə şirkətin - "Yoskos Ko. LTD” MMC və "Bürünc Larba” MMC-nin qanuni təmsilçisidir.

Əhməd
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->