Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı Atəş Təhməzova məxsus "6-cı mərtəbə" Müstəqi Şirkəti əmək qanunvericiliyini pozmaqda ittiham edilir.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə iş başlanıb.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Elməddin Hüseynov iş üzrə hakim təyin edilib.
192.1-ci maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
Bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidməti Atəş Təhməzovu bu maddə ilə cərimələnmişdi. O isə qərardan məhkəməyə şikayət vermişdi. Bu işin nəticəsi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
"6-cı mərtəbə" Müstəqil Şirkəti 2007-ci ildə fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçisi Atəş Təhməzovdur. Ondan əvvəl şirkəti Qoşqar Təhməzlinin digər qardaşı Fərhad Təhməzov təmsil edib.
Fərhad Təhməzov hazırda Mənzil İnşaat Dövlət Agentliyin (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA" MMC-nin direktorudur.
"6-cı mərtəbə" Müstəqil Şirkəti "Şərq bazarı" kompleksinin yenidənqurulmasında podratçı şirkət olub. "Şərq Bazarı" ilə bağlı yenidənqurma işləri bitdikdən sonra bir neçə subpodratçl şirkət mətbuat konfarsı keçirərək Atəş Təhməzovun onlara ödəniş etmədiyini bildirimişdi.
Seyid
Şərhlər