Xəbər lenti

Qoşqar Təhməzlinin keçmiş müşavirinin şirkətinə 30 minlik sifariş (YENİLƏNİB)
Ekonomiks 23:17 03.09.2024

Qoşqar Təhməzlinin keçmiş müşavirinin şirkətinə 30 minlik sifariş (YENİLƏNİB)

Abşeron Rayon Mərkəzi Xəsətxanası "Ecomedi" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) sanitariya-gigeyena xidmətləri alır. 

Qaynarinfo xəbər verir ki, şirkət Xəstəxananın bununla bağlı keçirdiyi tenderin qalibi olub. 

"Ecomedi"nin göstərəcəyi xidmətə görə Abşeron Rayon Mərkəzi Xəstəxanası 30 995,06 manat ödəyəcək. 

"Ecomedi" QSC 16 iyun 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN-dir. Şirkətin qanuni təmsilçisi Mehdixanlı Cövdət Tofqi oğludur. Ondan əvvəl şirkəti Fərid Eyvazov təmsil edib. O, Bakı Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışır. 

Cövdət Mehdixanlıya gəlincə, o, vaxtilə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin şöbə müdiri vəzifəsində işləyib. Sonrakı məlumatlarda isə onun adı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədir Qoşqar Təhməzlinin müşaviri kimi çəkilir. 

Cödət Mehdixanlının hələ də bu vəzifədə çalışdığı bildirilir. AQTA-dan bu faktı dəqiqləşdirmək mümkün olmayıb. Onun işdən çıxarılması barədə heç bir məlumata rast gəlinmir. 
 
***
 
Əldə etdiyimiz məlumata görə, Cödət Mehdixanlının hazırda müşaviri vəzifəsində çalışmır.

Seyid
 

Cödət Mehdixanlı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->