Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə "PR Agency” MMC arasında videoçarxların hazırlanması xidmətlərinin satın alınması ilə bağlı müqavilə imzalanıb.
Qaynarinfo xəbər verir ki, satınalma müqaviləsinin maliyyə dəyəri 25 800 AZN-dir.
Müqavilənin şərtlərindən məlum olur ki, bu məbləğə əsasən Azərbaycan Qida Təhlükəsizliyi Agentiyi (AQTA) "PR” işləri görəcək.
"PR Agency” MMC 18 avqust 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Quliyev Abbas Rza oğludur.
Şirkət və qanuni təmsilçisi barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
AQTİ 2021-ci ildə oxşar müqaviləni "Buludmedia" MMC ilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 48 869.7 AZN olub.
AQTİ AQTA-nın tabeliyində fəaliyyət göstərir. AQTA-nın sədri Qoşqar Təhməzlidir. Bu günlərdə Qoşqar Təhməzli əmr imzalayaraq, Əli Tahir oğlu Nəbiyevi İnstitutun İdarə Heyətinə sədr təyin edib. Əli Nəbiyev əvvəllər Ədliyyə Nazirliyində, "Azərbaycan Dəmir Yolları” QSC-də və AQTA-da müxtəlif vəzifələrdə çalışıb.
Seyid
Şərhlər