Xəbər lenti

Qohumunun evindən 18500 manat oğurladı,
Ölkə 13:50 21.09.2024

Qohumunun evindən 18500 manat oğurladı, "WhatsApp"da mesaj yazdı...

Bakıda kirayədə yaşayan şəxsin pulları qohumu tərəfindən oğurlanıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə Nəsimi rayonu, Vidadi küçəsində baş verib. 

Belə ki, 1997-ci il təvəllüdlü Təbriz Məlikov (soyad şərti) qohumu, eyni binada kirayə yaşadığı Əlifağanın evinə girərək 18500 manat məbləğində pul oğurlayıb. 

O, pulları Sumqayıtda yaşayan qohumuna saxlamağa verib. Şübhələnməsin deyə Əlifağaya "WhatsApp"da yazaraq, kirayə yaşadığı mənzilindən oğurluq olduğunu deyib. 

Aparılan araşdırma zamanı oğurluq hadisənin Təbriz tərəfindən törədilməsi məlum olub. Ona Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb. Məhkəməyə qədər Təbriz Əlifağanın yaşadığı evdən oğurladığı pulları geri qaytarıb. Buna baxmayaraq, təqsirləndirilən şəxsə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->