Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Prezident məktəbin təməlqoyma mərasimində iştirak edəcək. "Belə qardaş münasibət bizim üçün çox önəmli əhəmiyyət daşıyır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Şərhlər