Xəbər lenti

Qəzzada müharibənin dayandırılması ilə bağlı razılıq alınmadı
Dünya 10:40 26.08.2024

Qəzzada müharibənin dayandırılması ilə bağlı razılıq alınmadı

Qəzza zolağında müharibənin dayandırılması və girovların dəyişdirilməsi üzrə danışıqlar tərəflər arasında yekun razılığa gəlmədən başa çatıb.
 
Bu barədə Qaynarinfo "Times of Israel” və "Reuters”ə istinadən xəbər verir.

Qahirədə keçirilən danışıqların növbəti raundu zamanı HƏMAS və İsrail vasitəçilərin təklif etdiyi razılaşmanın bir neçə variantı ilə razılaşmayıblar.
O cümlədən, Fələstin qruplaşmasının nümayəndələri İsrailin təklif etdiyi yeni şərtləri rədd ediblər.

Danışıqlarda əsas məsələ İsrail hərbçilərinin "Filadelfiya dəhlizi” adlanan ərazidə - Qəzza zolağının Misirlə cənub sərhədi boyunca 14,5 km uzunluğunda dar bir ərazidə olmasıdır.

HƏMAS rəsmiləri bildiriblər ki, İsrail dəhlizdən qoşunları çıxarmaq öhdəliyindən geri çəkilib və atəşkəs başlayanda anklavın daha sıx məskunlaşdığı şimala qayıdacaq köçkün fələstinlilərin yoxlanılması da daxil olmaqla, digər yeni şərtlər irəli sürüb.

"Biz iyulun 2-də razılaşdığımız şeylərdən kənar və ya yeni şərtlərin müzakirəsini qəbul etməyəcəyik", - qruplaşmanın nümayəndəsi Usama Hamdan deyib. 

O, HƏMAS-ın son təklifə cavabını vasitəçilərə çatdırdığını və ABŞ-ın qaçılmaz razılaşma ilə bağlı söhbətlərinin doğru olmadığını söyləyib.
HƏMAS nümayəndə heyəti vasitəçilərlə danışıqlardan sonra Qahirəni tərk edib və öz tələbini bir daha təkrarlayıb - istənilən razılaşma daimi atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılmasını ehtiva etməlidir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->