Asiya kuboku-2024-ün qalibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, finalda ev sahibi Qətər İordaniya millisi ilə qarşılaşıb Qətər rəqibini 3:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
İordaniya - Qətər - 1:3
Qollar: Afif, 22 (0:1), Al-Naymat, 67 (1:1), Afif, 73 (1:2), 90+5 (1:3)
Beləliklə, Qətər millisi ardıcıl ikinci dəfə Asiya kubokunu qazanıb. Milli bundan əvvəl 2019-cu ildə finalda Yaponiyanı udaraq (3:1) turnirin qalibi olmuşdu.
Şərhlər