Xəbər lenti

Qərb Putinin simasını qorumağa çalışır, Medvedyev isə yeni müharibə ilə hədələyir
Dünya 15:27 27.05.2022

Qərb Putinin simasını qorumağa çalışır, Medvedyev isə yeni müharibə ilə hədələyir

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev deyib ki, Krımın Ukraynaya qaytarılması ideyasının özü "tam hüquqlu müharibənin başlaması” üçün əsasdır.

Maraqlıdır ki, Medvedevin belə reaksiyası Ukraynanın bu müharibədə qələbəsinin onun ərazi bütövlüyünün bərpası olacağını iddia edən Ukrayna liderlərinin bəyanatlarına deyil, İtaliyanın sülh planına - İtaliya rəhbərliyinin Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün danışıqların gündəliyinə dair təkliflərinə reaksiya idi.

Qaynarinfo xəbər verir ki, bu sözlər ukraynalı jurnalist və publisit Vitali Portnikov "Krym.realii” üçün yazdığı məqalədəndir.

Gördüyümüz kimi, Avropada siyasətçilər Kremldə kiminsə simasını xilas etmək və beynəlxalq hüquq normalarına qayıtmaq yolları barədə düşünməyə davam edirlər. Amma Kremldə bunun əksi baş verir: Medvedev deyəsən əmindir ki, dünyanın qalan hissəsi beynəlxalq hüququ onun və Putinin xoşuna gələn şəkildə qəbul etməlidir. Əks halda, müharibə. Və bu yanaşma dəyişməməlidir:

"Rusiyada Krımın taleyini müzakirə etməyə belə razılaşan siyasi qüvvə yoxdur və olmayacaq. Bu, sadəcə olaraq milli xəyanət olardı”, - Dmitri Medvedev deyir.

Putinin ətrafının əsas oyunçularından birinin açıqlaması, məncə, sadəcə olaraq, bizi vəziyyətə real baxmağa məcbur edir. Birincisi, Rusiya rəhbərliyi Ukraynanın ərazi bütövlüyünün bərpası məsələsinə nəzəri cəhətdən belə baxmır. Əminəm ki, Putinin tam başqa məqsədi var – "Krım modeli”ni Ukraynanın digər regionlarına tətbiq etmək və bundan sonra həmin ərazilərin müqəddəratı ilə bağlı müzakirələrin Rusiya tərəfindən onun ərazi bütövlüyünə qəsd kimi qiymətləndirmək. İkincisi, Krım məsələsi Putin üçün ekzistensial məsələdir, çünki məhz Krım yarımadasının işğalı və ilhaqı müasir Rusiya rejiminin formalaşmasına böyük ölçüdə imkan verib.

"Krımdan əvvəlki” Rusiyada fərdi azad düşüncəyə hələ də icazə verilirdi və rəsmi gündəmlə razılaşmayan şəxs dərhal "milli satqın” elan edilmirdi. Amma Krımın işğalından sonra "böyük dövlət” gündəmi təkcə dövlətin və onun təbliğatının davranışını deyil, həm də cəmiyyətin davranışını müəyyən etməyə başladı. Putin üçün Krımdan imtina etmək öz rejimindən imtina etmək deməkdir.

Düşünürəm ki, Dmitri Medvedev bir məsələdə səhv edir: müasir avtoritar rejimin xarabalıqlarından meydana çıxacaq yeni Rusiyada sözün əsl mənasında öz qonşuları və sivil dövlətlərlə əməkdaşlığa qayıtması üçün reseptlər uğrunda yarışacaq siyasi qüvvələr arasında rəqabət olacaq. Əminəm ki, belə vəziyyətdə çox az adam üçün Krım rus torpağı kimi görünəcək.

Amma bütün bunlar illər sonra baş verəcək. Bu arada etiraf etmək lazımdır ki, Moskva və Kiyevin danışıqlarda əks diametral fikirləri var və buna görə də bu danışıqlar dalana dirənib. Ukrayna üçün danışıqların mənası müharibənin dayandırılmasına, onun ərazi bütövlüyünün və suveren inkişaf hüququnun bərpasına nail olmaqdır. Rusiya üçün danışıqlar, ən azı, Ukraynanın suverenliyindən əl çəkməsi və işğal olunmuş ərazilərin Rusiya Federasiyası kimi tanınması ilə bağlıdır. Ona görə də bu gün meydanda diplomatlar deyil, silahlar danışmağa davam edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->