Xəbər lenti

Qazaxın kəndləri qaytarıldı: Növbəti addım nə olacaq? (ŞƏRH)
Siyasət 13:33 20.04.2024

Qazaxın kəndləri qaytarıldı: Növbəti addım nə olacaq? (ŞƏRH)

"Bu addımın sülh sazişinin imzalanmasına birbaşa təsiri yoxdur, amma siyasi proseslərə təkan verə bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı əldə olunan razılaşmanın sülh prosesinə bağlılığını şərh edərkən deyib.

Tofiq Zülfüqarov bildirib ki, ilk növbədə bir suala cavab vermək lazımdır - söhbət hansı sülh müqaviləsindən gedir:

"Çərçivə sülh müqaviləsindən söhbət gedirsə, bu halda Qazaxın 4 kəndinin Azərbaycana qaytatılmasının sülh prosesinə birbaşa təsiri yoxdur. Həmin hadisə sülh prosesinə siyasi təkan verə bilər. Delimitasiya və demarkasiya məsələləri isə hələ uzun zaman çəkəcək. Çünki bu istiqamətdə çoxsaylı mövzular var. Onu yekunlaşdırmaq üçün isə proses hələ xeyli müddət davam etməlidir. Ümumiyyətlə, 4 kəndin qaytarılması məsələsi regionda sülhə meylli vəziyyətin yaranmasında bir amil rolunu oynaya bilər".



Politoloq vurğulayıb ki, atılan addım müsbətdir və güc tətbiq olunmadan işğal edilmiş ərazilərin qaytarılması təqdirəlayiqdir:

"Bu da prosesin müsbət istiqamətə doğru getməsinə rəvac verəcək faktordur".

Qeyd edək ki, Bakı ilə İrəvan arasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb. Bu barədə Azərbaycan və Ermənistan baş nazirlərin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. 

Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->