Əməkdar artist Elnarə Abdullayeva qayınatasının vəfat etdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, xanəndə bu haqda "Günaydın, Azərbaycan" verilişində danışıb.
"Evimizin dirəyi, qayınatam rəhmətə gedib. Mən onlardan öz ata-anamın iyini alırdım. Bir gün onları görməyəndə darıxırdım. Valideynin yaşı yoxdur. Evin böyüyü gedəndə, elə bil dirəyi gedir" deyə, Elnarə bildirib.
Qeyd edək ki, Elnarə ötən il qayınatası ilə efirə çıxmış, onun 94 yaşı olduğunu demişdi.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər