Qarabağdakı separatçılar nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.
Trend xəbər verir ki, separatçıların liderləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər.
Əslində, sentyabrın 1-dən bu marşrutların eyni vaxtda açılması ilə bağlı razılaşma var idi. Separatçılar bunu məqsədəuyğun olaraq iki həftədən çox ləngitdilər.
Azərbaycanın prinsipial mövqeyi növbəti dəfə qalib gəldi.
Şərhlər