"Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı Azərbaycan millisində ilk qollarını vurublar.
"Report"un məlumatına görə, hər iki oyunçu səfərdə Şimali Makedoniyaya qarşı keçirilən yoldaşlıq matında fərqlənib.
22 yaşlı müdafiəçi buna yığmadakı 8-ci, 20 yaşlı hücumçu isə 5-ci görüşündə nail olub. Cəfərquliyev 28-ci, Qurbanlı isə 65-ci dəqiqəsində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan qarşılaşmada hesab Azərbaycan millisinin xeyrinədir - 2:1.
Şərhlər