Xəbər lenti

Putin və Zelenski görüşü mümkündürmü? - Politoloq
Dünya 13:50 08.10.2022

Putin və Zelenski görüşü mümkündürmü? - Politoloq

İndoneziyada keçiriləcək G20-in toplantısına Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin də dəvət edilib. Müharibə başlayandan bir sıra ölkələr bu iki liderin bir-birilə görüşməsinə çalışsa da, hələ ki, bu səylər heç bir nəticə verməyib. Əksinə, son olaylar onların danışıqlar masası arxasında əyləşməsini daha çətin vəziyyətə salıb. 

Bu fonda G20-in sammitində Zelenski ilə Putinin görüşü təşkil edilə bilərmi?

Politoloq Əlimusa İbrahimov Qaynarinfo-ya açıqlamasında İndoneziyadakı G20-in tədbirində Ukrayna və Rusiya liderlərinin görüşünün təşkil ediləcəyini istisna etməyib:



"Nə Rusiya, nə də Ukrayna tərəfi Putinlə Zelenski arasında görüşün mümkünlüyü fikrini qəbul etmir. Zelenski ciddi şəkildə Putinlə görüş və müzakirələr aparılmasının əleyhinə çıxır. Putin isə belə bir görüşə can atır. Çünki belə görüşün olması ABŞ-ın istəyinə qarşı çıxmaq deməkdir. Qərb Putinin G20-in tədbirində ümumiyyətlə iştirakının əleyhinə idi. Zelenski isə ola bilsin, əvvəlki tədbirlərdə olduğu kimi görüşə ancaq onlayn qatılsın. Onun indiki vəziyyətdə ölkəsini tərk etməsi gözlənilmir. Amma birbaşa görüşdə iştirak edəcəksə, böyük ehtimalla Zelenski ilə Putinin bu və ya digər formada görüşünü təşkil etməyə çalışacaqlar. Artıq görüşdən yayınmağa yer yoxdur. İki ölkə arasında gərginlik nüvə müharibəsinə doğru gedir. Ona görə də belə bir görüşün təşkil olunacağını istisna etmirəm. Görüş baş tutarsa, tərəflər ən azından döyüşləri dayandırmaqla bağlı müzakirələr apara bilərlər”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->