Hüquq-mühafizə orqanları aşkar ediblər ki, hakerlər istehlakçı cihazlarını zərərli proqramlarla yoluxdurmaq üçün stansiyalardan istifadə etməyi öyrəniblər.
Qaynarinfo xəbər verir ki, müvafiq bəyanat baş ofisi ABŞ-ın Denver ştatında olan Federal Təhqiqat Bürosunun (FTB) rəsmi "Twitter" səhifəsində yer alıb.
"Hava limanlarında, otellərdə və ya ticarət mərkəzlərində pulsuz şarj stansiyalarından istifadə etməyin. Təcavüzkarlar cihazlara zərərli proqram və monitorinq proqramlarını yeritmək üçün ictimai USB portlarından istifadə etməyin yollarını tapıblar. Öz şarj cihazınızı və USB kabelinizi özünüzlə gəzdirin və elektrik rozetkasından istifadə edin", - bəyanatda deyilir.
İndiyədək ictimai enerji doldurma stansiyalarının istifadəçiləri arasında arzuolunmaz proqram təminatına yoluxma halları qeydə alınmayıb.
Lakin hələ 2021-ci ildə ABŞ Federal Rabitə Komissiyası belə bir ehtimal barədə xəbərdarlıq edib.
Nizami Bağırov
Şərhlər