Xəbər lenti

Prezidentliyinə namizədin qətlində şübhəli bilinən 7-ci şəxs öldürüldü
Dünya 12:39 08.10.2023

Prezidentliyinə namizədin qətlində şübhəli bilinən 7-ci şəxs öldürüldü

Ekvador prezidentliyinə namizəd Fernando Villavisensionun qətlində şübhəli bilinən yeddinci şəxs Piçinça əyalətindəki həbsxanada öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

İş üzrə digər altı müttəhim cümə günü öldürülüb. Həbsxana rəhbərliyi məhbusun ölümünün təfərrüatlarını açıqlamayıb. Özünü "Xose M” adlandıran məhbusun milliyyəti barədə məlumat verilməyib. İş üzrə digər altı müttəhim Quayas əyalətindəki həbsxanada öldürülüb, onların hamısı kolumbiyalıdır.

Həbsxanadakı qətllərə görə prezident Guillermo Lasso xarici səfərini yarımçıq dayandırıb. Onun əmri ilə iş üzrə daha 6 məhbus başqa yerlərə köçürülüb. Penitensiar xidmətin və milli polisin istintaq bölməsinin rəhbərliyi işdən çıxarılıb. Quayakildə həbsxana rəisinə qarşı cinayət işi açılıb.

Fernando Villavisensio avqustun 9-da seçki mitinqindən sonra öldürülüb. O, başından üç güllə yarası alıb və hadisə yerindəcə keçinib. Bir gün sonra Ekvador prezidenti Gilermo Lasso fövqəladə vəziyyət elan edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->