"Prezident Salome Zurabişvilinin Mixail Saakaşvilini əfv edəcəyinə inanmıram. Əgər o, bu addımı atsa, buna görə cavab verməli olacaq".
Qaynarinfo xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı David Matikaşvili deyib.
"Əgər o, Saakaşvilini əfv etməmək haqqında qərar versə, onda məsuliyyət daşımalı olduğunu çox yaxşı başa düşməlidir. Hərçənd mən şəxsən buna inanmıram. Prezident Saakaşvili və rejiminin törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşıyacaq", deyə gürcü deputat bildirib.
Saakaşvili barəsində bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb.
Saakaşvili bu gün məhkəmə iclasında dövlət başçısı Salome Zurabişvilidən əfv olunmasını istəyib. Sabiq prezident bildirib ki, o, bir müddət Gürcüstandan kənarda olmalıdır: "Təbii ki, xanım Zurabişvili bir imza ilə atasını uşaqlara qaytara və ən əsası, Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər".
Aydın
Şərhlər