Xəbər lenti

Prezident olmaq istəyən Sərvan Kərimov Nazirlər Kabinetini məhkəməyə verdi
Ölkə 18:38 16.08.2024

Prezident olmaq istəyən Sərvan Kərimov Nazirlər Kabinetini məhkəməyə verdi

Nazirlər Kabinetinin Aparatı məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı Kərimov Sərvan İdris oğludur. 

İş hazırda apellyasiya mərhələsindədir. Şikayəti Sərvan Kərimov verib. Sentyabrın 12-nə Bakı Apellyasiya Məhkəməsində iş üzrə mümkünlük iclası təyin edilib. İclas hakim Elvin Əliyevin sədrliyi ilə keçiriləcək. 

İşin mahiyyəti  inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. 

Sərvan Kərimov cari ilin fevralında keçirilən prezident seçkilərində namizədliyini irəli sürüb. Lakin qeydə alınmayıb. Sərvan Kərimov həmin vaxt qeydə alınmamasını məhkəmədə mübahisələndirmişdi. 

Seyid 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->