Xəbər lenti

Prezident maltalı həmkarını təbrik etdi
Siyasət 11:12 21.09.2024

Prezident maltalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Malta Prezidenti Miriam Spiteri Debonoya təbrik məktubu göndərib.

Qaynarinfo xəbər verir ki, təbrikdə deyilir:

2Malta Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar vardır. İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında münasibətlər birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->