Bazar ertəsi, yanvarın 22-də Polşanın baş naziri Donald Tusk təyinatından sonra ilk dəfə Kiyevə səfər edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşa baş nazirinin ofisi X-də (Twitter) məlumat
yayıb.
Tusk Ukrayna prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmıqalla görüşəcək.
Daha əvvəl Tusk bildirib ki, o, Ukraynaya səfəri də daxil olmaqla, "vacib məsələləri müzakirə etmək” üçün mümkün qədər tez Polşa prezidenti Anjey Duda ilə görüşmək istəyir.
Dekabrın 11-də Vətəndaş Platforması Partiyasının lideri və birləşmiş müxalifətdən namizəd Donald Tusk Polşanın yeni baş naziri olub. Parlamentdə çıxışı zamanı Tusk Ukraynaya əlavə yardımın vacibliyini vurğulayıb və Qərbi "tam səfərbərliyə” çağırıb. Tuskun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumu "hamımıza hücumdur” və biz bu barədə "birlikdə” danışmalıyıq və bu, müttəfiqləri birləşdirməlidir.
Nizami Bağırov
Şərhlər