Xəbər lenti

Polşa XİN:
Dünya 09:19 11.10.2024

Polşa XİN: "Ukrayna üçün "Starlink"i maliyyələşdirən Mask deyil"

Ukrayna üçün "Starlink" terminalları yalnız Polşa tərəfindən maliyyələşdirilir, İlon Mask və ya başqası tərəfindən deyil.
 
Qaynarinfo "Polşa radiosu”na istinadla xəbər verir ki, bunu xarici işlər naziri Radoslav sikorski deyib.

Sikorski xüsusilə, prezident Anjey Dudanın iştirak edəcəyi Ramşteyn görüşündə müzakirə edilməsi planlaşdırılan Ukraynaya yardım məsələsini şərh edib.

"Biz prezident Dudaya elə bir mövqe hazırlamışıq ki, o, təkcə öz adından deyil, həm də Polşa dövləti adından danışa bilsin – Ukrayna üçün nələr etmişik və bundan sonra nə etmək niyyətindəyik”, deyə Sikorski bildirib.

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, ukraynalıların ruslara qarşı effektiv müdafiəsini davam etdirə bilməsini təmin edən əsas amillərdən biri Starlink modullarından istifadə etməklə internetə qoşulmaqdır və Polşa onların maliyyələşdirilməsinə cavabdehdir:

"Ukraynada istifadə edilən "Starlink" modulları İlon Mask tərəfindən deyil, lakin yalnız Polşa tərəfindən maliyyələşdirilir və maliyyələşdiriləcək də. Bunu biz edirik, başqa heç kim".

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->