Xəbər lenti

PKK-nın pul dövriyyəsini idarə edən terrorçu zərərsizləşdirildi
Dünya 12:41 07.09.2023

PKK-nın pul dövriyyəsini idarə edən terrorçu zərərsizləşdirildi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Rumeylan bölgəsində terror təşkilatı PKK/YPG-nin pul dövriyyəsini idarə edən və axtarılan terrorçular siyahısında yaşıl kateqoriyada yer alan Zülfiye Binbiri zərərsizləşdirib.

Qaynarinfo AA-ya istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrindən əldə edilən məlumata görə, "Rojna" kod adlı Binbir 1993-cü ildə PKK-ya qoşulub, İraq və Suriyada terror fəaliyyətləri ilə məşğul olub, 2018-ci ildə isə "Kobani komandiri” təyin edilib.

YPJ təmsilçisi kimi də fəaliyyət göstərən, PKK/YPG-nin iqtisadi məsələlərinə məsul şəxsləri arasında yer alan və təşkilatın pul dövriyyəsini idarə edən Binbir keçmişdə təhlükəsizlik qüvvələrinə qarşı çoxsaylı aksiyalarda iştirak etdiyinə görə axtarılan terrorçular siyahısına yaşıl kateqoriyada yer alıb.

Binbir 2011-ci ildə Muş valiliyində staj keçən mahal valiliyinə namizəd Kənan Erenoğlu və hərbi xidmətdə olan Aykut Çelikin qaçırılması və Türkiyədəki digər fəaliyyərlərinə görə MİT tərəfindən uzun müddət təqib edilib.

MİT əldə etdiyi kəşfiyyat məlumatlarını təhlil edərək əməliyyat qərarı verib sahə agentlərinə verilən göstərişlər nəticəsində Binbir Suriyanın Rumeylan bölgəsində zərərsizləşdirilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->