Xəbər lenti

Peycerlərin partladılması əməliyyatını
Dünya 09:26 18.09.2024

Peycerlərin partladılması əməliyyatını "Mossad" təşkil edib - "Reuters"

Livanın "Hizbullah” qruplaşması üzvlərinin peycerlərinin kütləvi partladılmasını İsrailin "Mossad" kəşfiyyat xidməti təşkil edib. Əməliyyata uzun müddət hazırlanıb.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Livan təhlükəsizlik xidmətindəki yüksək rütbəli mənbənin qeyd edib ki, "Hizbullah" Tayvanın "Gold Apollo" şirkətinə bu ilin əvvəlində ölkəyə gətirilən 5 min peycer sifariş edib. Mənbə simsiz olaraq mətn mesajlarını qəbul edən və nümayiş etdirən, lakin telefon zəngləri edə bilməyən AP924 peycer modelinin fotosunu göstərib.

Yaraqlılar yerlərini İsrailin izləməsindən gizlətmək üçün peycerlərdən aşağı texnologiyalı rabitə vasitəsi kimi istifadə edirlər. Bununla belə, Livan mənbəsinə görə, qurğular İsrail kəşfiyyat xidməti tərəfindən "istehsal səviyyəsində" dəyişdirilib.

Mənbə bildirib ki, "Mossad" qurğunun içərisinə partlayıcı material yerləşdirib, onu hər hansı bir şəkildə, hətta hər hansı bir cihaz və ya skanerin köməyi ilə aşkar etmək çox çətindir.

Mənbə bildirib ki, partlayıcıları eyni vaxtda aktivləşdirən kodlu mesaj göndərildikdən sonra 3000 peycer partlayıb.

Başqa bir təhlükəsizlik mənbəsi "Reuters" agentliyinə bildirib ki, yeni peycerlərdə üç qrama qədər partlayıcı maddə olub və "Hizbullah" aylardır buna diqqət yetirməyib.

Xatırladaq ki, çərşənbə axşamı, sentyabrın 17-də Livandakı "Hizbullah" qruplaşmasının bir çox üzvünün, demək olar ki, eyni vaxtda ünsiyyət üçün istifadə etdikləri peycerləri partladılıb. Əməliyyat nəticəsində 11 qruplaşma üzvü öldürülüb, azı 2750 nəfər yaralanıb. Yaralılardan 400-nün vəziyyəti ağırdır. 

İranın Livandakı səfiri Müctəba Əmani Beyrutda peycerlərin partlaması nəticəsində xəsarət alıb. "The New York Times"ın məlumatına görə, səfir hadisə nəticəsində bir gözünü itirib, digər gözündən isə ciddi xəsarət alıb. İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) nümayəndələrinin verdiyi məlumata görə, Əmaninin vəziyyəti ilk olaraq açıqlanandan fərqli olaraq daha ciddidir. Bildirilib ki, o, müalicə üçün Tehrana aparılacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->