Xerson vilayəti Rusiya Federasiyasının subyektidir, bu status sabitdir və burada heç bir dəyişiklik ola bilməz.
Qaynarinfo dailymoscow.ru-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
deyib.
"Bu, Rusiya Federasiyasının subyektidir. Qanunvericiliklə bu mövzu təsbit olunub, müəyyən edilib. Heç bir dəyişiklik yoxdur və ola da bilməz", deyə Peskov Rusiyanın bütün Xerson vilayətini öz ərazisi hesab etməkdə davam edib-etməməsi və sağ sahil hissəsinin statusunu qanuni olaraq təyin edib-etməyəcəyi ilə bağlı sualları cavablandırarkən bildirib.
Peskov Kremlin Xersonu tərk etməsini alçaldıcı hesab edib-etməməsi ilə bağlı suala da mənfi cavab verib. Mətbuat katibinin müvafiq suala cavabə "Qətiyyən” olub.
Peskov Rusiya qoşunlarının birləşmiş qrupunun komandanı Sergey Surovikinin xüsusi əməliyyat zonasındakı vəziyyətlə bağlı məruzəsi və ölkənin müdafiə naziri Sergey Şoyqunun qoşunların Dnepr Xerson istiqamətində ölkə ərazisindən çıxarılması barədə əmri ilə bağlı sualları da Müdafiə Nazirliyinə verilməli olduğunu bildirib:
"Bu mövzuda əlavə edəcəyim, deyəcək heç nəyim yoxdur, burada bir daha geniş şərhlər üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlamağınızı xahiş edirəm. Bilirsiniz ki, bu, komandir Surovikinin təklifi və nazirin qərarıdır. Müdafiə Nazirliyi ilə əlaqə saxlamağınızı xahiş edirəm, mənim bu mövzuda heç nə deyə bilmərəm”.
Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Qrupunun komandanı, ordu generalı Sergey Surovikin çərşənbə günü bildirib ki, hərbçilərin həyatını və döyüş qabiliyyətini xilas etmək üçün Dnepr çayının sol sahilinin müdafiəsi barədə qərar qəbul edilib.
Alpər
Şərhlər