Rusiya qoşunları Ukraynanın işğal olunmuş qalan ərazilərini tərk etmək fikrində deyil, o ərazilərə görə ağır döyüşlər gedəcək.
Qaytnarinfo "Unian"a istinadla xəbər verir ki, belə bir proqnozla Pentaqonun yüksək rütbəli rəsmisi brifinqdə çıxış edərək, Xersonun azad edilməsinin Ukrayna üçün mühüm nailiyyət olduğunu qeyd
edib.
"Bizim hesablamalarımıza görə, rus qoşunları çayın şərq sahilinə doğru irəliləyərək müdafiə xətlərini yaradıblar və bununla da ərazinin əhəmiyyətli hissəsini, o cümlədən Xerson şəhərini ukraynalılara veriblər", deyə o bildirib.
"Belə görünür ki, rusiyalılar işğal olunmuş Ukraynanın qalan hissəsini tərk etmək niyyətində deyil və orada, şübhəsiz, ağır döyüşlər hələ qarşıdadır, lakin Xerson şəhərinin azad edilməsi mühüm nailiyyətdir və Ukrayna xalqının dözümlülüyünün, qətiyyətinin və əzmkarlığının sübutudur. Onların silahlı qüvvələri öz ölkələrini müdafiə etmək üçün mübarizə aparır”, deyə Pentaqon rəsmisi qeyd edib.
Pentaqona görə, çox güman ki, qışın yaxınlaşması ilə Ukraynada hərbi əməliyyatlar xeyli səngiyəcək.
Eyni zamanda, Birləşmiş Ştatlar cəbhədəki vəziyyətdən asılı olmayaraq, Ukraynaya yardımını davam etdirəcəyinə söz verib.
Alpər
Şərhlər