Xəbər lenti

Paşinyan:
Dünya 13:35 26.03.2024

Paşinyan: "Ermənistan KTMT qərarlarının qəbulunda iştirak etmir"

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xüsusilə 2021 və 2022-ci illərdə Ermənistan Respublikası qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirə bilməyib".

Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın "Katimerini" nəşrinə müsahibəsində deyib.

"Və praktiki effekt ondan ibarətdir ki, biz KTMT-də iştirakı mahiyyətcə dondurmuşuq. 2023-cü ilin sentyabrından bizim KTMT-də daimi nümayəndəmiz yoxdur. Biz KTMT-nin ən yüksək səviyyədə iclaslarında iştirak etmirik, eyni zamanda qərarların qəbuluna da mane olmuruq, eyni zamanda onların qəbulunda da iştirak etmirik.

Ermənistan bütün tərəfdaşları ilə qarşılıqlı faydalı əlaqələr qurmaq və inkişaf etdirmək üçün açıqdır və regionda sabit və davamlı sülhün bərqərar olması ilə bağlı aydın mövqeyə malikdir. Bu məqsədlə biz təhlükəsizliklə bağlı əlaqələrimizi şaxələndiririk", deyə Paşinyan bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->