Xəbər lenti

Parisdə yeniyetməni güllələyərək öldürən polisin vəkili ölümlə hədələnir
Dünya 21:06 07.07.2023

Parisdə yeniyetməni güllələyərək öldürən polisin vəkili ölümlə hədələnir

İyunun 27-də Paris ətrafında bir yeniyetməni öldürməkdə təqsirləndirilən polis məmurunun vəkili ölümlə hədələnməsi barədə polisə şikayət edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən BFMTV məlumat yayıb.

"İyunun 27-də dünyasını dəyişən Naeli güllələyən polis məmurunun vəkili Loran-Frank Lienard "öldürməklə hədələmə” səbəbilə şikayət edib”, deyə məlumatda bildirilir.

Bundan əvvəl Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin bütün respublikada iğtişaşlara son qoyulduğunu elan etmişdi. Eyni zamanda, Darmanen qeyd edib ki, hüquq-mühafizə orqanları hələ də gücləndirilmiş iş rejimindədir.

Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. İyunun 29-na keçən gecə nümayişçilər avtomobilləri yandırıb, vitrinləri sındırıb, polislərə hücum edib, barrikadalar qurublar. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->