Parisdə bomba təhlükəsinə görə Eyfel qülləsinin üç mərtəbəsindən insanlar təxliyə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "France24” məlumat
yayıb.
Partlayıcılar üzrə ekspertlər və polis qüllənin ərazisini, o cümlədən mərtəbələrdən birində restoranı yoxlayır. Bu barədə qüllənin turizm sahəsini idarə edən SETE-dən bildirilib.
Eyfel qülləsinin ziyarətçiləri yerli vaxtla saat 13:30-dan sonra həm strukturun üç mərtəbəsinin ərazisindən, həm də onun altındakı meydandan təxliyə edilib.
Aydın
Şərhlər