Xəbər lenti

Paris merini təqib edən şəxs saxlanıldı
Dünya 15:46 17.12.2023

Paris merini təqib edən şəxs saxlanıldı

Fransada polis Paris meri Ann Hidalqonu internetdə təqib edən 20 yaşlı gənci saxlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Journal du Dimanche" qəzeti yazıb.

Nəşr yazır ki, saxlanılan şəxs proqramçıdır. Gənc Parisdə yaşayır. İyun-sentyabr aylarında o, X sosial şəbəkəsində (keçmiş Twitter) Hidalqoya qarşı fəal şəkildə çıxışlar edib. O, mənşəyinə görə nifrət və ya zorakılıq salmaqda, ölümlə hədələməkdə və ictimai təhqirdə ittiham olunur.

"Pinochet@75surCent" təxəllüsü ilə gizlənən şəxs İnsanlara Qarşı Cinayətlər Briqadasının müstəntiqləri tərəfindən müəyyən edilib və cümə axşamı, dekabrın 14-də saxlanılıb, sonra isə nəzarətə götürülüb", deyə nəşr yazır.

Həmin şəxsi 3 ilə qədər həbs cəzası və 30 min avroya qədər cərimə gözləyir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->