Xəbər lenti

Paris Avropada bunu qadağan edən ilk şəhər olacaq
Dünya 17:28 27.08.2023

Paris Avropada bunu qadağan edən ilk şəhər olacaq

Paris sentyabrın 1-dən elektriklə işləyən skuterlərin icarəsini qadağan edəcək. 

Qaynarinfo RTBF-yə istinadən xəbər verir ki, qərar elektrik skuterlərindən istifadəyə dair şəhər referendumunun nəticələrinə əsasən qəbul edilib. 

Parislilərin 89%-i qadağaya səs verib. Beləliklə, Paris elektrikli skuterlərin icarəsinə qoyulan qadağanın qüvvədə olduğu ilk Avropa şəhəri olacaq.

"Le Figaro"nun məlumatına görə, Paris meriyası elektrik skuterlərinin icarəsi xidmətləri göstərən üç özəl operatorla ("Lime", "Tier" və "Dott") müqavilələri yeniləməkdən imtina edib. Avqustun sonuna qədər skuterlərdən istifadə etmək mümkündür, operatorlar sentyabrın əvvəlindən onları Paris küçələrindən yığışdırmağa borcludur. Nəşrin məlumatına görə, Paris küçələrindən ümumilikdə 15 min icarəyə götürülmüş elektrik skuteri yığışdırılacaq. Hər üç şirkət onlara texniki qulluq göstərəcək, sonra Fransanın digər şəhərlərinə və başqa ölkələrə göndərəcək.

Aprel ayında Parisdə elektrik skuterlərindən istifadəyə dair şəhər referendumu keçirilib. Referendumun nəticələrinə görə, elektrik skuterlərinin icarəyə götürülməsinə qoyulan qadağa respondentlərin 89%-i tərəfindən dəstəklənib.

RTBF-nin məlumatına görə, belə səsverməyə səbəb bütün şəhərə səpələnmiş skuterlərin yaratdığı problemlər, həmçinin parislilərin və şəhər rəhbərliyinin onlardan istifadənin təhlükəsizliyi ilə bağlı narahatlığı olub. Kanalın məlumatına görə, 2022-ci ildə Parisdə elektrikli skuterlə təxminən 400 min səfər qeydə alınıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->