Xəbər lenti

Paris-2024-ün medalçısı terror aktından sağ çıxıb (FOTO)
İdman 22:41 02.10.2024

Paris-2024-ün medalçısı terror aktından sağ çıxıb (FOTO)

Paris Olimpiadasında bədii gimnastika üzrə gümüş medal qazanan israilli Diana Svirtsova Yaffa ərazisində terror aktından sağ çıxıb.

Qaynarinfo xəbər verir ki, Svirtsova Təl-Əvivdə tramvay stansiyasında olarkən iki fələstinli terrorçu atəş açaraq 7 nəfəri öldürüb. O, gizlənə bilib və zərər görməyib, lakin baş verənlərdən şoka düşüb.

"Mən hələ də şokdayam, normal yata bilmirəm. Atışma başlayanda stansiyanın yaxınlığında idim. Qulaqcığı çıxardım, ilk atəşi eşitdim və əyildim. Sürücü qışqırdı: "Hücum edirlər, hamı qatardan düşsün", deyə Svirtsova İsrailin "One" idman portalına bildirib.

Svirtsova deyib ki, qorxudan huşunu ititib, sonra yerə yıxılıb, stansiyadan bir qədər aralıda kolluqların arasında gizlənib. 

"Sakitləşə bilmirdim. Anam və dostum zəng etdi, amma mən susmalı oldum", deyə gimnast bildirib. 

Bir neçə dəqiqə sonra o, atəş səsləri eşidib və polis terrorçulardan birinin öldürüldüyünü bildirib. İdmançı evə çatana qədər qaçıb. 

"Ayı məni təqib edən kimi qaçırdım. Ayaqqabılarım qana bulaşmışdı. Anam yanıma gəldi və mən ağlamağa başladım. Mənə qayğı göstərdiyi üçün Allaha şükür edirəm. Xoşbəxtlikdən yaxşıyam, amma bu hadisədən sağalmaq mənim üçün çətin olacaq", deyə idmançı qeyd edib.

Diana Svirtsova Parisdə keçirilən Olimpiya Oyunlarında bədii gimnastika üzrə İsrailə gümüş medal qazandırıb. Bu, onun altıncı gümüş medalı, İsrailin isə ümumilikdə 20-ci olimpiya medalı olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->