Xəbər lenti

Pakistanda çinli mühəndislərə hücum - Məsuliyyəti bu təşkilat üzərinə götürdü
Dünya 10:12 07.10.2024

Pakistanda çinli mühəndislərə hücum - Məsuliyyəti bu təşkilat üzərinə götürdü

Bazar günü, oktyabrın 6-da Pakistanın Kəraçi şəhərində Cinnah beynəlxalq hava limanı yaxınlığında Sind əyalətində enerji layihəsində çalışan çinli mühəndislərin karvanı partladılıb. 

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, iki Çin vətəndaşı həlak olub, ən azı on nəfər yaralanıb.

Çinin Pakistandakı səfirliyi "terror hücumu" nəticəsində Kəraçi yaxınlığında Port Qasimdə iki kömür elektrik stansiyası tikmək niyyətində olan "Port Qasim Power Generation Co Ltd” şirkətinin mühəndislərinin həlak olduğunu təsdiqləyib. Çin vətəndaşlarından ayıq-sayıq olmağa çağırılıb. Səfirlik hücumu hərtərəfli araşdıracağını və "qatili ciddi şəkildə cəzalandıracağını" bildirib.

Sind daxili işlər naziri Ziaul Hasan Lancar partlayışın çox güman ki, əldəqayırma partlayıcı qurğu vasitəsi ilə törədildiyini bildirib.

BBC yazır ki, son illərdə layihələrdə iştirak edən Çin vətəndaşlarına qarşı hücumlar həyata keçirən separatçı Bəlucistan Azadlıq Ordusu (BAO) hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bazar ertəsi yaydığı bəyanatda yaraqlılar Kəraçi hava limanından gələn "yüksək səviyyəli çinli mühəndis və investor karvanına hücum etdiklərini” bildiriblər. Qruplaşma daha sonra bunun kamikadze hücumu olduğunu bildirib.

BAO Bəlucistanın müstəqilliyini öz məqsədi adlandırır. Qruplaşma mütəmadi olaraq bölgədəki Çin vətəndaşlarını hədəf alır və etnik Bəlucların xarici investorlardan sərvət payını almadıqlarını iddia edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->