Xəbər lenti

“Onların aqibətinin açıqlanması barışığın əsas şərtidir”
Siyasət 15:08 29.09.2024

“Onların aqibətinin açıqlanması barışığın əsas şərtidir”

"Münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Qaynarinfo xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

C.Bayramov bildirib ki, cinayətkarların cəzasızlığına son qoyulması qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etməklə yanaşı, həmçinin münaqişədən sonrakı həqiqi normallaşma və barışığa aparan yolda əsas ilkin şərtlərdir:

"Bu problemin həlli təkcə cavabdehlik, qurbanların və onların ailələrinin hüquqları baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və normallaşma üçün vacibdir”.

Nazir qeyd edib ki, Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlı, beynəlxalq hüquq normaları kobud şəkildə pozulmaqla, öz ata-baba yurdlarından məhrum qalmaqda davam edir:

"Qərbi Azərbaycan İcmasının dialoqa başlamaq və vətənə təhlükəsiz və ləyaqətli qayıdışı təmin etmək üçün dəfələrlə çağırışlarına baxmayaraq, Ermənistan hökuməti onların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda, Qaçqınların Statusu Haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş qayıdış hüququndan istifadə etmələrini rədd edir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->