Xəbər verdiyimiz kimi, "Sumqayıt” Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə "Neftçi”ni 2:1 hesabı ilə məğlub edib.
"Qafqazinfo” xəbər verir ki, "kimyaçılar”ın baş məşqçisi Samir Abasov matçdan keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna kimi olan vəziyyəti sizə danışım. Necə edək, nə edək? Vəziyyət çox gərgin idi. Nəyə görə? Rəqib kimi bizim skamyamız yoxdur. Oktavio, İssa, Ninaq və Kamran oyunu buraxmışdı. Necə edəcəkdik? Məcburi Səbuhini vinger oynatdıq. Roy da vinger oynadı. Başımızı sındırdıq. Dünən gecə futbola baxıram. Almaniya Bundesliqasına. Birdən qrupa tanıyanlar video göndərir. "Neftçi" TV video düzəldib. Sübhənallah. Dedim bu nə yaxşıdır. Bu gün gəlsin, komandanı gör necə qızışdırıram. Bizə bonus veriləcək? "Neftçi" mediyanın böyüyü xanımdır? Sumqayıtda məndən oyundan sonra müsahibə alırdılar. İşıqlar söndü. Çıxıb gedə bilərdim. Qabiliyyətimi göstərdim. "Neftçi" TV-nin videosunu bu gün futbolçularımız göstərdi. "Neftçi"nin media departamentinin rəhbərinə də bonus düşür. Rəhbərliklə danışaq, onlara da bonus verək. Sağolsunlar. "Sumqayıt"ın qələbəsində rolları oldu.
- Ötən oyundan sonra demişdiz ki, bu qələbə kimlərəs sürpriz gələ bilər. Bu gün "Neftçi" üzərində qazanılan qələbə təəccüblü gəlməlidi ictimaiyyətə?
- Analizlər necə aparılır mənim üçün müəmmalıdır. Son turlarda formada olan bizik. Neftçini analiz edən adam mən deyiləm. "Neftçi" bu oyuna kimi nələr edib, sualları verərsiz onlara. Bizim itkilərimiz var idi, "Neftçi" ev sahibidir, üstün tutulmalıydı. Ev sahibi avantajı da var idi, heyəti də genişdir. Dərin inciliklərə getsələr, bəlkə bu gün şansları 50/50 saya bilərdilər. Amma mən də azarkeş kimi üstünlüyü "Nefçti"yə verərdim. Bu qələbə sürprizdir? Xeyr. Uduzduğumuz matçlarda da dominantlığımız olub. Bu gün çox layiq idik qələyəyə.
- Matç başa çatandan sonra qələbə sevinciniz Mutuya cavab idi?
- 100 faiz. Cavabı verməliydik. Sumqayıtdakı matçda sakit durmuşdum. Mənə elə gəlir ki, "Neftçi"yə gələn baş məşqçilər komandanı "Sumqayıt"la oyuna elə hazırlayırlar ki... Oyunlarımız gərgin keçirdi. Mən amili də var burada. 90-cı illərdə dünya çempionatında məhəllə söhbətləri var idi, İrana demişdilər ki, kimə uduzursan uduz, ABŞ-a uduzma. Məncə, "Neftçi"də də belədir ki, "Sumqayıt"a uduzma. Qol vurub, üstümüzə tullanırsansa, belə şeylər sizin də başınıza gələcək.
- "Neftçi" azarkeşləri sizə "Samir qədrini bilmədik" sözləri dedi...
- Bu haqda fikir bildirməyim. Oyunumuza görə də alqışladılar. Bir qrup insan var ki, oyuna da önəm verir. "Neftçi" səhifələri var, bəlkə 100-dən 50-si söyəcək. Tərifləyənlər sağolsunlar. Mən "Neftçi" üçün əlimdən gələni etmişəm, canımı qoymuşam, bacardığımı etmişəm, daha çoxunu da edə bilərdim. "Neftçi"nin, jurnalistlərin fikri belədir. Qismət elədir ki, "Sumqayıt"a qayıtmışam, buradan qalib çıxırıq.
- "Neftçi" ilə oyunlarda da sizin motivasiyanız xüsusidir?
- Sizə elə gəlir. Əsla belə deyil. "Qəbələ"ni udmaq istəmirdik? Oyundan oyuna fərq var. Bu gün topla oynamayan komanda aqressiv görünməyə bilər. Topsuz komanda daha aqressiv görünür. "Neftçi"nin özəlliyi və böyüklüyü budur ki, bütün komandalar ona qarşı aqressiv oynayır. "Neftçi" flaqmanımız, tariximiz, canımızdır. "Xəzər Sumqayıt"ın vaxtında da intriqalar var idi. Onda mən yox idim axı. "Neftçi"yə qarşı hamı belə oynayacaq. Biz də qalib gəlmək istəyirik.
Şərhlər