Xəbər lenti

Ombudsman:
Siyasət 11:53 26.05.2024

Ombudsman: "Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir"

Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir.

"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası zamanı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, Azərbaycanın dövlətçiliyi tarixində ənənəvi olaraq bayramlar ərəfəsində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamları imzalanır:

"Builki əfv sərəncamı müstəqillik ili ərəfəsində imzalandı. Sayca 70-ci əfv sərəncamı ümumilikdə 154 məhkuma şamil edilib. Bu münasibətlə Prezidentə təşəkkürümü bildirirəm. Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir. Bu sərəncam xarici ölkə vətəndaşlarına da şamil edilib. Onları və ailə üzvlərini təbrik edirəm”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->