Beynəlxalq Boks Assosiasiyasının (AIBA) rəhbərliyi Hindistanda keçirilən qadınlar arasında dünya çempionatında iştirak etmək üçün özünü qadın kimi təqdim edən idmançıları siyahıdan çıxarıb.
Qaynarinfo xəbər verir ki, bu barədə şənbə günü TASS-a təşkilatın prezidenti Umar Kremlev məlumat verib.
"DNT testlərinin nəticələrinə əsasən, həmkarlarını aldatmağa cəhd edən və özünü qadın kimi göstərən bir sıra idmançını müəyyən etdik. Testlərin nəticələrinə görə, onlarda XY xromosomları olduğu sübuta yetirildi. Belə idmançılar müsabiqədən uzaqlaşdırıldı”, deyə Kremlev bildirib.
Qeyd edək ki, qadınlar arasında dünya çempionatı martın 15-dən 26-dək Nyu-Dehlidə keçirilir.
Şərhlər