Xəbər lenti

Öz təşəbbüsü ilə namizəd olan YAP-çılar partiyadan qovulacaq? (AÇIQLAMA)
Siyasət 11:29 12.08.2024

Öz təşəbbüsü ilə namizəd olan YAP-çılar partiyadan qovulacaq? (AÇIQLAMA)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 125 seçki dairəsindən namizəd irəli sürüb. Ancaq Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc edilən siyahıda isə YAP-ın üzvü olub öz təşəbbüsü ilə namizəd olanlar da var. Bundan əvvəklki seçkilərdə YAP partiyanın icazəsi olmadan namizəd olan şəxsləri partiya sıralarında çıxarmışdı.

Mövzu ilə bağlı Modern.az-a danışan YAP İdarə Heyətinin üzvü Azər Badamov deyir ki, haiim partiya hər dairə üzrə seçkilərdə vahid namizədlə çıxış edir.

"Partiyamızın üzv olan hər hansı bir şəxs partiyanın qərarına baxmayaraq müstəqil şəkildə seçkidə iştirak etmək istəyirsə, bu onun azad hüququdur. Amma ona partiya dəstək göstərmir, partiyamızın üzv kimi təbliğat-təşviqat kampaniyasını apara bilməz və üzvlükdən imtina etməlidir. Əks halda YAP İdarə Heyətində partiyamızın nizamnaməsinin tələblərini və qərarını pozduğuna görə həmin şəxslərin partiyamızda qalıb qalmaması məsələsi müzakirə olunucaqdır. Yeni Azərbaycan Partiyası partiyanın qərarlarına hörmətlə davranan şəxslərlə yolunu davam etdirir", - o qeyd edib.

Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov isə qeyd edir ki, namizədliyi irəli sürülməyən partiya üzvü öz təşəbbüsü ilə namizəd ola bilər.

"Bunun üçün müəyyən siyasi prosedurlar var. Bitərəf kimi üzv olmaq üçün bu statusu qazanmaq lazımdır. Həmin şəxsə bu addımının düzgün olmadığı bildirilir və bu addımla prosesə mane yaratdığı ilə bağlı məlumat verilir. Namizədliyini öz təşəbbüsü ilə irəli sürən partiya üzvü də maraqlı olmalıdır ki, partiyası qalib gəlsin”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->