Xəbər lenti

NYT: ABŞ hesab edir ki, İsrail Qəzzada öz imkanlarının həddinə çatıb
Dünya 13:13 15.08.2024

NYT: ABŞ hesab edir ki, İsrail Qəzzada öz imkanlarının həddinə çatıb

Bir neçə ABŞ rəsmisi bildirib ki, Qəzza zolağında döyüşlərin davam etməsi yalnız mülki şəxslər üçün riskləri artırır və HƏMAS hərəkatını zəiflətmir. Onların fikrincə, İsrail artıq müharibədə bacardığı hər şeyə nail olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” (NYT) yazıb.

ABŞ rəsmiləri və hərbçilər bildirirlər ki, İsrail əsgərləri heç vaxt Fələstin qruplaşmasını tamamilə məhv edə bilməyəcək. Bununla belə, onlar qeyd edirlər ki, İsrail ordusu HƏMAS-a ABŞ rəsmilərinin gözlədiyindən qat-qat çox ziyan vurub. Bundan əlavə, İsrail hərbçiləri indi Qəzza zolağının hər yerində sərbəst hərəkət edir, onlar həmçinin Misirdən anklava gedən əsas təchizat yollarını dağıdıblar və ya nəzarətə götürüblər və 14 minə yaxın Həmas döyüşçüsü öldürüblər.

NYT həmsöhbətləri izah ediblər ki, bu qiymətləndirmə ABŞ rəsmilərinin regiona səfərləri fonunda ortaya çıxıb. Onlar İran və müttəfiqlərinin İsrailə qarşı mümkün hücumlarının qarşısını almaq üçün Qəzza zolağında atəşkəs əldə etməyə çalışırlar. Qəzet danışıqları dəstəkləyənlər arasında Pentaqonun rəhbəri Lloyd Ostinin də adını çəkir.

Eyni zamanda, baş nazir Benyamin Netanyahunun milli təhlükəsizlik üzrə müşaviri olmuş keçmiş ordu generalı Yaakov Amidror NYT ilə müharibənin davam etdirilməsinin zəruriliyi barədə danışıb. Onun sözlərinə görə, İsrail ordusuna daha bir neçə aylıq gərgin döyüşlər lazımdır, bundan sonra hərbçilər il boyu ayrı-ayrı reydlər keçirməyə keçəcək və HƏMAS-ı tamamilə məhv edə biləcəklər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->