Xəbər lenti

Netanyahu Qəzzanın Misirlə sərhədində müddətsiz nəzarət tələb edir
Dünya 10:29 05.09.2024

Netanyahu Qəzzanın Misirlə sərhədində müddətsiz nəzarət tələb edir

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Qəzzanın Misirlə sərhədində qeyri-müəyyən müddətə nəzarəti saxlamalıdır. Filadelfiya dəhlizinə nəzarət Qəzza zolağında atəşkəs danışıqlarında əsas fikir ayrılıqlarından biridir.

Bu barədə Qaynarinfo AP-yə istinadən xəbər verir.

Netanyahunun tələbləri ABŞ-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı yeni təklif üzərində işlədiyi, çıxılmaz vəziyyətdən çıxmaq və təxminən 11 aya yaxın davam edən müharibəni bitirmək ümidi fonunda səslənir.

Çoxmərhələli atəşkəs razılaşmasının bir hissəsi olaraq HƏMAS İsrailin Qəzzadan tamamilə çıxarılmasını tələb edib.

ABŞ və Qətərlə birlikdə danışıqlarda vasitəçi olan Misir də İsrail qoşunlarının Filadelfiya dəhlizindən çıxarılması üçün konkret vaxt çərçivəsi tələb edib. Çərşənbə günü 2020-ci ildə İsraillə rəsmi əlaqələr quran Birləşmiş Ərəb Əmirlikləri də Təl-Əvivin mövqeyini tənqid edib.

Xarici jurnalistlərə danışan Netanyahu, İsrailin Qəzzaya qaçaqmalçılıq yolu ilə silah keçirərək HƏMAS-ın yenidən silahlanmasının qarşısını almaq üçün sərhəddə nəzarəti saxlamalı olduğu mövqeyini təkrarlayıb. Onun sözlərinə görə, hərbi hədəfin həyati vacib hissəsi HƏMAS-ın 7 oktyabrda İsrailə hücumunu təkrarlamamasını təmin etməkdir.

Onun sözlərinə görə, İsrail yalnız ona nəzarət etmək üçün alternativ qüvvələr olduqda dəhlizdən çəkilməyi nəzərdən keçirəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->